Sosial şəbəkədə biz:

Ermənistan Qarabağdakı itkilərinin yeni sayını açıqladı

20 January 2021, 20:44
Gündəm

Ermənistan tərəfi ikinci Qarabağ döyüşlərində verdiyi itkilərlə bağlı yeni rəqəmlər açıqlayıb.

Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan bildirib ki, döyüş meydanından 3439 hərbçinin cəsədi çıxarılıb.

Onun sözlərinə görə, cəsədlərdən 766-nın kimliyi müəyyən edilməyib. Bundan əlavə, Avinyan Qarabağ müharibəsində itkin düşən hərbçilərin olduğunu vurğulayıb: “Hazırda ölən və itkin düşənlərlə bağlı konkret rəqəm söyləyə bilmərəm”.