Sosial şəbəkədə biz:

Odessa bölgəsi prokurorunun müavini azərbaycanlı oldu

29 December 2015, 16:04
Gündəm
Ukrayna baş prokurorunun əmri ilə Gündüz Məmmədov Odessa bölgəsi prokurorunun müavini vəzifəsinə təyin edilib. Trend-in "Dumskaya" xəbər saytına istinadən verdiyi məlumata görə, G.Məmmədov bunadək Odessa prokurorluğuna rəhbərlik edib. Qeyd edək ki, G.Məmmədov 1974-cü il oktyabrın 26-da Gəncə şəhərində anadan olub. Onun dövründə korrupsiya üzrə bir sıra qalmaqallı cinayət işləri məhkəməyə göndərilib.