Sosial şəbəkədə biz:

Bir raket yeddi bacı-qardaşı ailədən qopardı - Foto

Bir raket yeddi bacı-qardaşı ailədən qopardı - Foto
Xəbər Şəkli
02 August 2026, 08:54
Dünya

Ukraynanın Raduşne yaşayış məntəqəsinə endirilən raket zərbəsi Voronovlar ailəsinə ağır faciə yaşadıb.

Ukraynalı hərbçi Daniil Voronov zərbə nəticəsində azyaşlı oğlunu, valideynlərini, bacı və qardaşlarını itirib.

Faciədən sonra ailədən sağ qalan böyük bacı Aurika Voronova kiçik bacı və qardaşları ilə birlikdə çəkilmiş köhnə ailə fotosunu paylaşıb.

Foto 2020-ci ildə onların anası tərəfindən çəkilib. Həmin vaxt uşaqlar fotomüsabiqə üçün Ukraynanın milli naxışlı geyimlərində – vışivankalarda kamera qarşısına keçiblər.

Aurika Voronova paylaşımında həyatını itirən yeddi bacı və qardaşını “mələklərim” adlandırıb:

“Mən böyük bacıyam və bundan sonra mənim yeddi mələyim var: Mark, Dominika, Viorika, Zaxari, Azari İlay, Federika və Emiliya. Mən heç vaxt bunun unudulmasına imkan verməyəcəyəm. Belə dəhşətli və böyük faciəyə səbəb olanların hamısı lənətlənsin”.

Voronovlar ailəsinin faciəsi 2026-cı il iyulun 30-da Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonu yaxınlığındakı Raduşne yaşayış məntəqəsinə endirilən raket zərbəsi zamanı baş verib. Musavat.com