Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb.
Virtualaz.org xəbər verir ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.

Müəllim tərəfindən döyülən uşağın adı Hüseynov Aqşindir, 12 yaşı var, 7-ci sinifdə oxuyur. Onu döyüb ağır xəsarət yetirən müəllimin adı hələlik məlum deyil. 321 saylı məktəbdən telefon zənglərimizə cavab vermirlər.