Sosial şəbəkədə biz:

Həbibə ağır cəza - Diskvalifikasiya+ 500 min cərimə

30 January 2019, 09:41
Gündəm

UFC çempionu Həbib Nurməhəmmədov 9 ay müddətinə diskvalifikasiya edilib.

“ Azinforum.az ” “TASS”a istinadən xəbər verir ki, bu barədə Nevada ştatının Atletika Komissiyasının iclasında qərar qəbul edilib.

Diskvalifikasiyaya səbəb Həbibin titul qarşılaşmasından sonra irlandiyalı həmkarı Konor Makqreqorla dava etməsi olub. Bundan başqa, Həbib 500 min dollar cərimə ödəyəcək.