Sosial şəbəkədə biz:

Bakıda usta təmir etdiyi evin seyfindən 5700 dollar oğurladı

21 January 2019, 22:08
Gündəm

Yasamalda mənzilin seyfindən 5700 dollar oğurlanıb.

DİN-dən verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılıb.