Sosial şəbəkədə biz:

Qasırğa Azərbaycana çatdı

16 January 2019, 17:16
Gündəm

Quba rayonunda güclü külək bir sıra fəsadlar törədib.

"Report"un məlumatına görə, rayonun Aşağı Atuc kəndində Fəzail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyü uçub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibi F.Əlipaşayeva damın yararsız vəziyyətə düşməsi səbəbindən maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.