Sosial şəbəkədə biz:

İsrail Azərbaycana yeni səfir təyin etdi

16 November 2018, 11:54
Gündəm
İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib.
Azinforum.az  xəbər verir ki, bu vəzifəyə Corc Dik təyin edilib.
O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.
C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.