Sosial şəbəkədə biz:

Məğlub olan boksçu əsəbiləşib məşqçisini döydü (VİDEO)

28 October 2018, 12:11
Gündəm
Boks üzrə yarım ağır çəkidə idmançıların mübarizəsində gürcüstanlı boksçu Levan Şoniya bolqarıstanlı rəqibi Spas Qenova məğlub olduqdan sonra əsəbiləşərək məşqçisinə hücum çəkib.
Qaynarinfo xəbər verir ki, Şoniya yumruqla məşqçisinə zərbə vurub. Sözügedən hadisənin videosu sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, bu, gürcü idmançının 12-ci məğlubiyyətidir.