Sosial şəbəkədə biz:

Külək binaların damını dağıtdı – VİDEO

25 October 2018, 15:42
Gündəm
Ötən gün Abşeron rayonunda əsən güclü külək yaşayış binalarının damını dağıdıb. Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, Mehdiabad qəsəbəsi, “Garant” yaşayış kompleksinin məcburi köçkünlər üçün tikdirdiyi binaların damı dağılıb. Taxtalar sakinlərin eyvanlarını da dağıdıb. Külək damın taxtalarını yerə atıb. Hadisənin görüntülərini təqdim edirik: