Sosial şəbəkədə biz:

Xırdalanda bir ailənin üç üzvü itkin düşüb

24 October 2018, 14:24
Gündəm
Abşeron rayonu Xırdalan şəhərində yaşayan bir ailənin üç üzvü itkin düşüb. Qafqazinfo xəbər verir ki, Xırdalanda kirayədə yaşayan 1988-cı il təvəllüdlü Hüseynova Günay İmran qızı 2014-cü il təvəllüdlü qızı Aylin və 2015-ci il təvəllüdlü oğlu Aminlə birgə evdən çıxıb və geri qayıtmayıblar. Ana və iki azyaşlının axtarışları polislər tərəfindən davam etdirilir.