Sosial şəbəkədə biz:

Sürüşmə sahəsində aktivlik davam edir

18 October 2018, 22:12
Gündəm
Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında aktivlik dinamikası dəyişməz olaraq qalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib. Qeyd olunur ki, indiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.