Sosial şəbəkədə biz:

8 ayda 40 minə yaxın insan dünyasını dəyişib

11 October 2018, 21:34
Gündəm
Azərbaycanda 8 ayda 40 minə yaxın insan dünyasını dəyişib. 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 39496 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 6 ölüm halı olub. Bu il ərzində 90523 körpə doğulub. Ümumilikdə ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb.(trend.az)