Sosial şəbəkədə biz:

Azərbaycanda zəlzələ baş verdi - 3,4 bal gücündə

04 October 2018, 10:05
Gündəm
Azərbaycanda zəlzələ baş verib. Mia.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar oktyabrın 3-də, Bakı vaxtı ilə 18:34-də, Şəmkir rayonundan 25 km şərqdə, Samux rayonunun Qarayeri kəndindən 8 km-də şimalda qeydə alınıb. Yeraltı təkanlar yerin 10 km dərinliyində 3,4 maqnituda gücündə baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.