Sosial şəbəkədə biz:

Səfir idarə etdiyi maşınla qəzaya düşdü - Bakıda

01 October 2018, 12:22
Gündəm
Özbəkistanın Azərbaycandakı səfiri avtomobil qəzasına düşüb. Report xəbər verir ki, səfir Şerzod Fayziyev idarə etdiyi səfirliyə məxsus “Şevrolet” markalı maşınla Səbail rayonu, Teymur Elçin küçəsində qəzaya düşüb. Səfirin şəxsən idarə etdiyi avtomobil “Harley Davidson” markalı motosikletlə toqquşub. Qəza zamanı nəqliyyat vasitələrinə ziyan dəysə də, xəsarət alan olmayıb.