Bakı Nəqliyyat Agentliyi paytaxtda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqlarının ləğv edilməsi istiqamətində iş aparır.
Mia.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib:
"Hazırda Bakıda 180-ə yaxın taksi dayanacağı var. Onları elə yerdə təşkil etmək istəyirik ki, hərəkətə mane olmasın".