Sosial şəbəkədə biz:

Su Nəqliyyatında Polis İdarəsinə yeni rəis təyin olunub

25 July 2018, 10:34
Gündəm
Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Rövşən Eyyub oğlu Eyyubov Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Bu təyinata qədər R. Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.