Sosial şəbəkədə biz:

Türkiyədə məşhur siyasi nəşrin iki redaktoru həbs olundu

03 November 2015, 21:43
Gündəm
Türkiyədə hüquq-mühafizə orqanlarının əməkdaşları həftəlik, siyasi-ictimai "Nokta" jurnalının iki redaktorunun hakimiyyətə qarşı silahlı mübarizəyə çağırışlarına görə həbs ediblər. Oxu.az xəbər verir ki, bu barədə nəşrin saytı məlumat yayıb. İstintaqın ittihamları üçün əsas ölkədə keçirilən seçkilərdən sonra buraxılan nəşrin növbəti nömrəsinin üz qabığı olub. Burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portreti çap olunub. Portretin altında “Bazar ertəsi, 2 noyabr: Türkiyədə vətəndaş müharibəsinin başlanması” ifadəsi verilib. Jurnalın baş redaktoru Cövhər Güvən və xəbərlər redaktoru Murat Kapan həbs edilib. Onlar hakimiyyəti devirməkdə ittiham olunurlar. Nəşrin son nömrəsinin bütün nüsxələri satışdan çıxarılıb, jurnalın saytı isə bağlanıb. "Nokta" jurnalı Türkiyə ərazisində qadağan edilib.