Sosial şəbəkədə biz:

DİN-in şöbə rəisi iş başında vəfat etdi

15 July 2018, 15:39
Gündəm
Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik işləri və mülki müdafiə şöbəsinin rəisi Mehdiyev Yusif Fazil oğlu iş otağında vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən 17:30 radələrində baş verib. Ürək çatışmazlığından əziyyət çəkən 48 yaşlı polkovnik Y.Mehdiyevin halı anidən pisləşib. Həkim gələnə kimi isə vəfat edib.