Sosial şəbəkədə biz:

Ukraynalı deputatlar yenə əlbəyaxa oldular - Video

08 June 2018, 17:00
Gündəm
Ukrayna Ali Radasının deputatları yenə əlbəyaxa olublar. “Qafqazinfo” xəbər verir ki, deputatlar Yuri Bereza ilə Aleksandr Doljenkov iclas zamanı dava ediblər.
Kadrlardan da göründüyü kimi, deputat Bereza “Müxalifət bloku”ndan olan həmkarına yaxınlaşaraq onun pencəyinin yaxasından yapışır. Qaydaları pozan millət vəkili daha sonra zaldan çıxarılır.