Sosial şəbəkədə biz:

Neftçalada qadın iki körpəsi ilə birlikdə itkin düşüb

25 May 2018, 13:01
Gündəm
Neftçala rayonunda qadın iki körpəsi ilə birlikdə itkin düşüb. “Report”un xəbərinə görə, 1994-cü il təvəllüdlü Türkan Zamanlı iki qızı - 3 yaşlı Sevər və 2 yaşlı Ruqəyya ilə birlikdə Mürsəqulu kəndində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Qadının qohumları itkin düşənlərin tapılması üçün Neftçala Rayon Polis Şöbəsinə müraciət ediblər.