Sosial şəbəkədə biz:

Bakıda itkin düşmüş 17 yaşlı ərəb turist tapıldı

28 March 2018, 11:06
Gündəm
Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turist tapılıb. Bu barədə APA-ya BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib. Bildirilir ki, martın 27-də saat 05:20 radələrində itkin düşən Daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer gecə saat 00.00 radələrində “Tarqovı” ərazisində (Nizami küçəsi) tapılaraq ailəsinə təhvil verilib.