Sosial şəbəkədə biz:

Türkiyədə 3 günlük matəm elan edildi

10 October 2015, 21:05
Gündəm
Ankarada törədilən qanlı terror aktı - Türkiyənin bütünlüyünü pozmaq cəhdidir. Bu demokratiyamıza yönəldilən zərbədir. NTV telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlu 86 nəfərin ölümü ilə nəticələnən partlayışlara münasibət birdirərkən deyib. Onun sözlərinə görə, qanlı hadisələri nəzərə alan hökümət 3 günlük yas elan etmək barədə qərar qəbul edib.