Sosial şəbəkədə biz:

İki bank arasında 6 milyon dollar davası

09 October 2015, 15:14
Gündəm
“Bank Standart” QSC “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib. “Bank Standart” QSC 6 128 000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Həmin qərardadla razılaşmayan “Bank Standart” apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib (APA).