Sosial şəbəkədə biz:

2751 nəfər yaşamaq üçün Azərbaycana gəlib

17 January 2018, 21:36
Gündəm
2017-ci ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 2751 nəfər qeydə alınıb. Azinforum.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.