Məktəbli analar... – Erkən nikahlar NİYƏ bitmir?
Azərbaycanda 2025-ci ildə 48 546 nikah və 20 675 boşanma qeydə alınıb. Rəsmi statistikaya görə, 2024-cü illə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4,9-dan 4,7-yə qədər azalıb. Boşanma nisbəti də bir qədər azalaraq min nəfərə 2,1-dən 2,0-a düşüb. Bundan başqa, son bir ildə ölkədə 18 yaşadək analar tərəfindən 877 uşaq doğulub. Demək ki, ölkədə erkən nikahlar davam edir. Bəs qanunlar bunca sərtləşdirildikdən sonra da erkən nikahlar niyə bitmir? Əsas səbəb. Başqa nə çatmır?
Vəkil hesab edir ki, insanlara orta məktəb təhsil proqramı çərçivəsində bu mövzularla bağlı müəyyən biliklər verilməli, maarifləndirici dərslər salınmalıdır: “Eyni zamanda, qanunvericilik valideynlər üçün əlavə məsuliyyət nəzərdə tutan layihələri də müzakirə etməlidir”. Vəkil digər mühüm məqamın sosial rifah olduğunu nəzərə çatdırıb: “Əgər ailə qız övladının normal təhsil almasını ikinci plana keçirib onu erkən ailə qurmağa vadar edirsə, deməli, problemin sosial tərəfi üzərində daha ciddi fokuslanmalıyıq”.
Onun fikrincə, belə valideynlər ağır məsuliyyətə cəlb edilməlidirlər: “Əgər hadisədən məlumatı olan, lakin qarşısını almayan məsul şəxslər və ya sahə müvəkkilləri varsa, onlar da məsuliyyət daşımalıdırlar. Qızların ali təhsilə çıxışı daha da asanlaşdırılmalıdır. Tibb və hüquq kimi xüsusi ixtisaslar istisna olmaqla, digər sahələr üzrə qızların universitetlərə qəbulunda daha əlçatan mexanizmlər tətbiq edilə bilər. Universitet mühiti və dörd illik ali təhsil insanın dünyagörüşündə ciddi dəyişiklik yaradır. Buna görə də qızların təhsilinə və inkişafına xüsusi dəstək, xüsusi “yaşıl işıq” verilməlidir”.