Klinika da qazandı, həkim də, pasiyentin canı cəhənnəmə – Xəstəxanada jurnalistin başına gələnlər
Tanınmış jurnalist, Teleqraf Holdinqin rəhbəri Aynur Camal özəl klinikada üzləşdiyi vəziyyətlə bağlı kəskin tənqidi yazı ilə çıxış edib.
O, gözlərindəki ağrılar səbəbindən əvvəlcədən randevu götürərək "Baku Medikal Plaza" klinikasına müraciət etdiyini bildirib. Jurnalist həmin klinikada çalışan oftalmoloq Emil Yusifovun qəbuluna yazıldığını qeyd edib.
Jurnalost özəl klinikalardakı bəzi yanaşmanı belə təsvir edib:
“Qabaqcadan müayinə üçün ödənişi alıblar, həkim də qazandığını qazanıb, klinika da. Pasiyentin canı cəhənnəmə…”
O bildirib ki, bəzi tibb müəssisələrində xəstənin sağlamlığı, əsəbi və vaxtı prioritet sayılmır, əsas diqqət isə ödənişin alınmasına yönəlir.
Aynur Camal yazısında sual edib ki, randevu sistemi varsa, niyə insanlar saatlarla gözlədilir, niyə normadan artıq pasiyent qəbul üçün yazılır və niyə xəstəyə elementar hörmət göstərilmir.
Qeyd edək ki, son dövrlər özəl klinikalarla bağlı oxşar narazılıqlar və xidmət keyfiyyəti ilə əlaqədar şikayətlər tez-tez gündəmə gəlir.