"İnsan hüquqları üzrə açıq və səmimi dialoq fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır" – Kaya Kallas
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün, mayın 5-də Azərbaycana gəlib. Qurumun Bakıdakı nümayəndəliyinin məlumatına görə, Kallas Azərbaycanın Aİ üçün dəyərli və etibarlı enerji tərəfdaşı olduğunu bildirərək Bakıda olmaqdan məmnunluğunu ifadə edib.
"Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ortaq strateji maraqlarımıza uyğundur. Biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlıq formatını müzakirə etməyə hazırıq. Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır", – o vurğulayıb.
Səfər çərçivəsində Kallasın Azərbaycan rəsmiləri, o cümlədən prezident İlham Əliyevlə görüşü planlaşdırılır.