Sosial şəbəkədə biz:

Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanılıb

Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanılıb

Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.

Bu barədə Rusiyanın teleqram kanalları xəbər verir.

Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.

Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.

Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.

Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol