Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp Tulsi Qabbardın Milli Kəşfiyyat direktoru vəzifəsindən ayrıldığını təsdiqləyib.
Tramp “Truth Social” hesabında paylaşım edərək bildirib ki, Qabbard son ilyarım ərzində mühüm işlər görüb:
“Tulsi inanılmaz iş gördü və biz onun üçün darıxacağıq”.
ABŞ lideri qeyd edib ki, Qabbard həyat yoldaşında xərçəng aşkarlanaşkarlandığına görə iyunun 30-da administrasiyanı tərk edəcək.
Trampın sözlərinə görə, Milli Kəşfiyyat rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq Qabbardın birinci müavini Eron Lukas icra edəcək.