Sosial şəbəkədə biz:

“Rusiyanın “Sülh Şurası”na üzvlüyündən danışmaq hələ tezdir”

“Rusiyanın “Sülh Şurası”na üzvlüyündən danışmaq hələ tezdir”
Xəbər Şəkli
21 January 2026, 15:21
Dünya

“Rusiya hələlik “Sülh Şurası” təşəbbüsünün bütün detalları barədə məlumatlı deyil və suallarına cavabları amerikalılarla təmaslar zamanı almağa ümid edir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu barədə danışmaq hələ tezdir”, - Kreml nümayəndəsi Rusiya və Belarusun İttifaq Dövləti Qəzza məsələsi üzrə “Sülh Şurası”nda de-fakto təmsil olunub-olunmayacağı ilə bağlı suala cavab verərkən deyib.
Peskov həmçinin bildirib ki, Kreml hələlik “Sülh Şurası”nın yalnız Qəzza zolağına aid olub-olmayacağını bilmir.