Sosial şəbəkədə biz:

“Rusiya danışıqlar günü də öldürür” - Zelenski

“Rusiya danışıqlar günü də öldürür” - Zelenski

Rusiya ordusu Alyaskada danışıqların keçirildiyi gün belə Ukraynanın müxtəlif bölgələrinə hücumlar təşkil edərək, mülki şəxsləri öldürməyə davam edir. Moskva müharibəni bitirməyə hazır olduğuna dair heç bir siqnal vermir.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Alyaskadakı görüşə hansı məqsədlərlə yollandığı barədə kəşfiyyat və diplomatlardan məlumatlar alır. Paralel olaraq isə ölkənin müxtəlif bölgələrindən Rusiyanın hücumları barədə xəbərlər gəlir. pizza mizza

“Sum - mərkəzi bazara zərbə. Dnepr vilayəti - şəhərlərə və müəssisələrə hücumlar. Zaporojye, Xerson, Donetsk - məqsədli hücumlardır. Müharibə davam edir.

ABŞ və Avropa ilə danışdıq ki, həqiqətən nə effektiv ola bilər?! Hər kəs müharibənin ədalətli sonunu istəyir. Ukrayna bu məqsədlə səmərəli işləməyə hazırdır. Güclü Amerika mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq, çünki Rusiya gücə baxır, məhz gücü nəzərə alır”, - deyə Zelenski bildirib./Axar.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol