Sosial şəbəkədə biz:
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
Xəbər Şəkli

Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan

28 May 2026, 10:06
Dünya

Ermənistan ərazisindən tranzit qaz kəməri çəkiləcək və bu, ölkənin tranzit müqabilində qaz almasına imkan verəcək.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçicilərlə görüşündə bildirib.

“Artıq tək yola, tək müttəfiqə və ya tək boru kəmərinə etibar etməyəcəyik. Bu gün artıq Qərbdən Şərqə dəmir yolumuz var. Qaz kəməri Ermənistandan keçəcək və bu tranzit vasitəsilə öz qazımız olacaq, çünki tranzit üçün bizə qaz ödəniləcək”, - deyə Ermənistanın Baş naziri Kotayk bölgəsində keçirilən seçkiqabağı mitinqdə qeyd edib.