Sosial şəbəkədə biz:

Paşinyan dəvət etdi - Pezeşkian İrəvana gedəcək?

Paşinyan dəvət etdi - Pezeşkian İrəvana gedəcək?

İran prezidenti Məsud Pezeşkian və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, telefon danışığında regionda və beynəlxalq aləmdə baş verən hadisələrə, xüsusilə də 12 günlük müharibə, eləcə də digır məsələlər müzakirə olunub.

"İran öz prinsipial siyasətinə əsaslanaraq sülh və təhlükəsizliyin möhkəmlənməsinə səbəb olan istənilən hərəkəti həmişə dəstəkləyib", - bunu Məsud Pezeşkian deyib. Sezar pizza

O əlavə edib: “Bizim siyasətimiz bütün ölkələrin ərazi bütövlüyünün qorunması fonunda bütün qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyətdir və biz iki ölkə arasında qarşılıqlı əlaqələrin gücləndirilməsini, birgə əməkdaşlığı və əlaqələrin gələcəyini planlaşdırmağı vurğulayırıq”.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İslam Respublikası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb:

“Biz səbirsizliklə Ermənistana səfərinizi gözləyir və iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə edə bilərik".




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol