Sosial şəbəkədə biz:

Papa həyəcan təbili çaldı: Dünya artıq müharibəyə dözə bilməz

Papa həyəcan təbili çaldı: Dünya artıq müharibəyə dözə bilməz

"Yaxın Şərq üçün sülh yolu ilə həll vacibdir".

Publika.az xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib.

“Müharibə vəhşiliyinə dərhal son qoyulmasını və münaqişənin sülh yolu ilə həllini xahiş edirəm. Beynəlxalq ictimaiyyəti humanitar qanunlara riayət etməyə və mülki şəxslərin müdafiəsi öhdəliyinə, habelə kollektiv cəzanın, ayrı-seçkilik olmadan güc tətbiqinin və əhalinin məcburi köçkünlüyünün qadağan edilməsinə hörmət etməyə çağırıram”, - deyə Roma Papası qeyd edib.

Papa Leo Qəzzada katolik kilsəsinə hücum nəticəsində ölənlər üçün kədərini ifadə edib, həlak olanların ailələrinə və bütün kilsə üzvlərin yaxınlığını bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol