Sosial şəbəkədə biz:

Öcalanın "sağ əli" Veysi Aktaş 31 ildən sonra azadlığa buraxıldı

Öcalanın "sağ əli" Veysi Aktaş 31 ildən sonra azadlığa buraxıldı

PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalanın "sağ əli" olan Veysi Aktaş həbsdən azad edilib.

O, ömürlük həbs cəzasına məhkum edilməsindən 31 il 3 ay sonra azadlığa buraxılıb.

Qeyd edək ki, Veysi Aktaş PKK sıralarında fəaliyyətinə görə 1994-cü ildə həbs olunub. 2015-ci ildən PKK lideri Abdullah Öcalanla birlikdə İmralı Həbsxanasında saxlanılırdı. Aktaş "dövlət suverenliyi altında olan ərazilərin bir hissəsini dövlət idarəçiliyindən ayırmaq" ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, PKK terror təşkilatı artıq özünü buraxdığını elan edib, üzvləri isə silahları təhvil verməyə başlayıblar. Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol