Sosial şəbəkədə biz:

Müsəlmanları təhqir edən erməni bloqerin həbs müddəti uzadıldı

Müsəlmanları təhqir edən erməni bloqerin həbs müddəti uzadıldı

Ekstremizmə çağırış və milli zəmində nifrətin qızışdırılmasında təqsirləndirilən erməni bloqer Areq Şepixində qarışıq şəxsiyyət pozuntusu aşkarlanıb.

Bu barədə Moskvanın Presnensk Rayon Məhkəməsində oxunan sənədlərdə qeyd olunub.

Məhkəmə təqsirləndirilən şəxsin həbs müddətinin daha altı ay - 2026-cı il yanvarın 22-dək uzadılması barədə qərar çıxarıb.

Xatırladaq ki, erməni bloqer sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib. O, Rusiya hökumətini müsəlmanlara və yəhudilərə qarşı nasist ideologiyasına əsaslanaraq "proqramlaşdırmağa" çağırıb.

Bu paylaşımlardan sonra bir qrup şəxs onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb. Oxu.az




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol