Müharibə və lüks həyat: Kiyev “Bentley” satışına görə 3-cü yeri tutdu
Kiyev Avropada “Bentley” avtomobillərinin satışına görə 3-cü yeri tutub. Britaniyanın lüks brendinin regional direktoru Richard Leopoldun sözlərinə görə, şirkətin Kiyev nümayəndəliyi bu uğuruna görə “2025 European Scorecard Awards” mükafatına layiq görülüb.
Qeyd edək ki, “Bentley” avtomobillərinin satış qiyməti 400.000 dollardan başlayır.
“Bentley Motors”un Kiyev nümayəndəliyi 2019-cu ildə açılıb. “Winner Group”un idarə etdiyi 1760 m²-lik salon aeroprtun yaxınlığında yerləşir. Burada “Bentayga”, “Flying Spur”, “Mulsanne” kimi yeni modellər satılır.
Hadisəni şərh edən ukraynalı jurnalsit Diana Pançenko “X” hesabında belə yazıb: “Avropa Zelenskiyə vəd etdiyi 90 milyardı verəndən sonra Kiyev “Bently” satışına görə birinci yerə də qalxa bilər”.
Azvision.az