Sosial şəbəkədə biz:

Moskva miqrantlara bir ay vaxt verdi

Moskva miqrantlara bir ay vaxt verdi

Rusiyada miqrasiya qaydalarını pozan əcnəbilərə statuslarını leqallaşdırmaq və ya ölkəni tərk etmək üçün bir ay vaxt verilib. Onlar sentyabrın 10-dək miqrasiya xidmətinə müraciət etməlidirlər.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Söhbət Rusiyada qalmaq üçün qanuni əsaslarını itirmiş xarici vətəndaşlardan və vətəndaşlığı olmayan şəxslərdən gedir. Qeyd olunub ki, iyunun ortalarında bu siyahıya 800 mindən çox insan daxil idi.

Nazirlik qeyd edib ki, 2025-ci il sentyabrın 10-dan sonra hüquqi statusu tənzimləmək mümkün olmayacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol