Sosial şəbəkədə biz:
Ermənistanda nə qədər adam səs verib?
Xəbər Şəkli

Ermənistanda nə qədər adam səs verib?

08 June 2026, 07:48
Dünya

Ermənistanda başa çatan parlament seçkilərində seçici fəallığı ilə bağlı rəsmi statistika açıqlanıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə hüququ olan 2 milyon 503 min 976 vətəndaşdan 1 milyon 476 min 597-si seçkilərdə iştirak edib.

Bu göstərici ilə Ermənistanda ümumi seçici fəallığı 58,97% təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 49,4 faiz olmuşdu.