Sosial şəbəkədə biz:

“Ərazi mübadiləsi olacaq” – “Alnmasa, Tramp bunu edəcək”

“Ərazi mübadiləsi olacaq” – “Alnmasa, Tramp bunu edəcək”

"Ərazi mübadiləsi olacaq. Bütün rusları qovmaq mümkün deyil, lakin bu sövdələşməni ABŞ yox, ukraynalılar bağlayacaq. Ukrayna bu müqaviləni bağlayacaq, Tramp isə bu müharibəyə son qoyacaq. Mən heç vaxt indiki qədər optimist olmamışam".

Bunu tanınmış respublikaçı senator Lindsi Qrem deyib.

Qrem hesab edir ki, Rusiya - Ukrayna müharibəsi Miladdan əvvəl bitə bilər. Ancaq bunun üçün ABŞ Prezidenti Donald Tramp, Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş baş tutmalıdır. "Bu müharibə Putinin Ukraynaya qarşı təcavüzkar müharibəsidir. Amma mən həmişə demişəm ki, Ukrayna bütün rus qoşunlarını çıxarmayacaq, Putin isə Kiyevi almayacaq".

O, həmçinin qeyd edib ki, potensial üçtərəfli görüş baş tutmasa, Tramp “Putinin döyüş maşınına dəstək vermək üçün ucuz Rusiya nefti və qazı alanları cəzalandırmaqdan ötrü hər şeyi etməli olacaq”.

“AzPolitika.info”


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol