Ələkbərovun oğlu ən varlı varislər siyahısında
Rusiyanın "LukOil" neft şirkətinin təsisçisi və keçmiş prezidenti, Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Forbes" jurnalının Rusiya milyarderlərinin ən varlı varisləri reytinqində birinci yerdə qərarlaşıb.
Vahid Ələkbərovun özünün sərvəti 29,5 milyard dollar, oğlunun sərvəti isə 560 milyon dollar həcmində qiymətləndirilir. Neft şirkətinin 0,2 faiz səhmi Yusif Ələkbərova məxsusdur.
35 yaşlı Yusif Ələkbərov "Ekto" investisiya holdinqinin təsisçisi olub. O, 2025-ci ilin yazında şirkətin kapitalından çıxıb. Onun payı həmin ilin mart ayında yaradılan YVS fonduna keçib. Fondun idarəedicisi 2019-cu ildən "Ekto”ya rəhbərlik etmiş Konstantin Sanin təyin olunub.
"Forbes”in ən varlı varisləri siyahısının ilk beşliyinə həmçinin aşağıdakılar daxil olub:
* "Novatek” və "Sibur” şirkətlərinin əsas sahibi Leonid Mixelsonun qızı və oğlu;
* "Evroxim” və SUEK şirkətlərinin təsisçisi Andrey Melniçenkonun övladları Tara və Adrian;
* Sahibkar və senator Süleyman Kerimovun övladları Gülnarə, Səid və Əminə;
* NLMK İdarə Heyətinin sədri Vladimir Lisinın övladları Dmitri, Yuri və Anastasiya.
Onların ardınca "Novatek” və "Sibur”un həmsahibi Gennadiy Timçenko, "FosAgro”nun keçmiş baş direktoru Andrey Quryev, "Severstal”ın sahibi Aleksey Mordaşov, Ural Mədən-Metallurgiya Şirkətinin baş direktoru Andrey Kozitsın və "Renova” Qrupunun sahibi Viktor Vekselberqin övladları gəlir. Qaynarinfo