Baxçalı müavinin Moskvaya niyə göndərib?
İyas Topsakal kimlərlə görüşüb, hansı mesajları verib?
Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalının müavini, Türkiyə parlamentinin deputatı İlyas Topsakal gözlənilmədən Rusiyaya səfər edib. Bu barədə “Vedomosti” nəşri yazıb. “Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) “kiçik tərəfdaşı” sayılan ifrat sağçı Milliyyətçi Hərəkat Partiyası Ankaranın Moskva və Pekinlə daha sıx əlaqələr qurmasının tərəfdarıdır. Partiya əvvəlki radikal mövqeyindən uzaqlaşaraq, indi Türkiyənin Qərb ölkələrindən məsafə saxlamasını müdafiə edir” deyə, nəşri yazır.
“Vedomosti”nin məlumatına görə, Topsakal Moskvada bəzi rəsmi şəxslə görüşüb. Nəşr yazır ki, Topsakal peşəkar siyasətçi deyil, alimdir.O, 1994-cü ildə Ərciyes Universitetinin İlahiyyat fakültəsini bitirib və Mərmərə Universitetində İslam tarixi və incəsənəti üzrə təhsil alıb. 1997-ci ildən bəri Rusiyada türklərin tarixi üzrə magistr dərəcəsi və sahə tədqiqatları aparır və öz sözləri ilə desək, Volqa Bolqarıstanı üzrə azsaylı türk mütəxəssislərindən birinə çevrilib. O, həmçinin çar hökumətinin türklərə qarşı siyasətini, o cümlədən XVI-XIX əsrlərdə onların xristianlaşdırılmasını və dini muxtariyyətini araşdırıb. O, Türkiyədə və Rusiyada türk xalqlarının tarixini araşdırıb, rus dilini bilir və bu sahədə mütəxəssis hesab olunur. O, uzun illər akademik fəaliyyət göstərib, daha sonra siyasətə qoşularaq 2023-cü ildə MHP rəhbərliyinə daxil olub.
Nəşr bildirir ki, hazırda Türkiyədə hakim koalisiya parlamentdə 600 yerdən 323-nə sahibdir. Bunlardan yalnız 50-si MHP-yə məxsusdur. “Milliyyətçilər 2015-ci ilə qədər müxalifətdə olublar. Onların Ərdoğan rəhbərliyindəki islamçılarla əməkdaşlığı isə 2018-ci ildən başlayıb. MHP ənənəvi olaraq Türkiyənin türk dövlətləri və Rusiya ilə Çində yaşayan türk xalqları ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyib”-məqalədə bildirilir. MHP sədrinin müavini nəşrə açıqlamasında səfərin məqsədini belə açıqlayıb: “Partiyamızın lideri mənə Türkiyənin Rusiya və Çinlə ittifaq qurmasının vacibliyi ilə bağlı təşəbbüsü çatdırmaq üçün Moskvaya səfər etməyi, burada siyasi partiyalar, məmurlar və ziyalılarla görüşərək bu ideyanı ətraflı izah etməyi tapşırıb”.
Onun sözlərinə görə, ideya Rusiya, Türkiyə və Çinin daxil olduğu birliklərin əməkdaşlıqlarının möhkəmləndirməsindən ibarətdir. O hesab edir ki, bu ölkələr dünya ÜDM-nin təxminən 20%-ni təşkil edir (2025-ci ildə bunun 17%-i Çinin payına düşür).
Topsakalın qeyd etdiyi birliklər arasında MDB, ŞƏT, KTMT və Türkiyənin yaratdığı Türk Dövlətləri Təşkilatı da var. Bu qurumların yaxınlaşması ideyası Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildə irəli sürdüyü “Böyük Avrasiya tərəfdaşlığı” konsepsiyasını xatırladır. Onun sözlərinə görə, MHP-nin 2028-ci il seçkilərində hakim partiya ilə koalisiyada qalmasının qeyri-rəsmi şərti nazir postları deyil, məhz Rusiya və Çinlə əməkdaşlıq proqramının qəbul edilməsidir.
Ekspertlərin fikrincə, “Vətən” partiyasının zəif populyarlığı səbəbindən onun Rusiyayaönümlü ritorikası geniş diqqət çəkmirdi. Amma MHP bu mövzuda çıxış edərək Ankaranın Qərbyönlü siyasətini balanslaşdırmağa çalışa bilər. Bu isə kursun dəyişməsi deyil, daha çox siyasi siqnaldır.
MHP rəhbərliyi bildirir ki, partiya keçmişdəki radikal ritorikadan uzaqlaşıb. Topsakal “Boz qurdlar”ın təşkilat yox, daha çox tarixə söykənən mədəniyyət olduğunu deyir. Hətta partiya simvolikasında canavar təsvirindən də imtina edib.
Topsakalın nəşrə dediyinə sözlərinə görə, indi MHP Rusiyadakı türkləri həmin ölkənin vətəndaşları kimi qəbul edir, “Türk dünyası” ilə “Rus dünyası” arasında əməkdaşlıq istəyir. O, əvvəlki aşırı türkçülük ideyasını “romantik və artıq актуallığını itirmiş” adlandırır.
Amma nəşr iddia edir ki, MHP liderinin 2021-ci ildə Ərdoğana təqdim etdiyi “Türk dünyası xəritəsi”ndə Rusiyanın bəzi əraziləri də daxil edilmişdi. Ekspertlərin fikrincə, tarixən türk milliyyətçiləri Rusiya və Çinə qarşı tənqidi mövqe tutublar, lakin hazırkı bəyanatlar daha çox Türkiyənin milli maraqları çərçivəsində qiymətləndirilir. Musavat.com