Sosial şəbəkədə biz:

ABŞ Rusiyanın gəlir mənbələrinə zərbə vuracaq

ABŞ Rusiyanın gəlir mənbələrinə zərbə vuracaq

ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün Çin, Hindistan və Braziliyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

TASS xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker “Bloomberg TV”yə müsahibəsində bildirib.

"Bu müharibəni Rusiya istehsalı olan nefti alaraq maliyyələşdirənlərə, məsələn, Çin, Hindistan və Braziliyaya qarşı ikinci dərəcəli sanksiyalar və rüsumların tətbiqi münaqişənin dayandırılması yolunda növbəti addımdır", - o qeyd edib.

Diplomatın sözlərinə görə, bu tədbirlər Rusiyanın gəlir mənbələrinə "həqiqətən zərbə vuracaq".

Daimi nümayəndə “Newsmax” telekanalının efirində iddia edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin idxalçılarına qarşı sanksiyalar tətbiq etməklə sülhün bərqərar olmasına şərait yaratmağa çalışır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol