Sosial şəbəkədə biz:

Yeni rektorun bufetdəki görüntüləri keçmiş rektoru gündəmə gətirdi - FOTOLAR

Yeni rektorun bufetdəki görüntüləri keçmiş rektoru gündəmə gətirdi - FOTOLAR
Xəbər Şəkli
26 November 2026, 09:44
Cəmiyyət

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin tələbələrlə bufetdə bir araya gəlməsi keçmiş rektor Elçin Babayevin də oxşar görüntülərini gündəmə gətirib.

Yayılan fotolarda Məleykə Abbaszadənin tələbələrlə eyni masada əyləşdiyi əks olunub.

Bu görüntülər Elçin Babayevin 2019-cu ildə BDU-ya rektor seçildiyi dövrdə tələbələrlə bir araya gəldiyi anları xatırladıb.

Həmin vaxt E.Babayev də universitetin bufetində növbəyə dayanaraq çay almış, daha sonra tələbələrin əyləşdiyi masalardan birinə yaxınlaşaraq onlarla söhbətləşmişdi.