Sosial şəbəkədə biz:
Üz tanıma kameraları üçün vətəndaşın razılığı şərtdirmi?
Xəbər Şəkli

Üz tanıma kameraları üçün vətəndaşın razılığı şərtdirmi?

11 June 2026, 09:03
Cəmiyyət

Müəyyən qurumlarda, məkanlarda, iş yerlərində üz tanıma kameralarının quraşdırıldığının şahidi olmaq olur.

Bəs bu hal nə qədər qanunidir?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, üz tanıma texnologiyası adi müşahidə kamerasından fərqli olaraq insanların biometrik məlumatlarını emal edir.

“Biometrik məlumatlar isə hüquq baxımından xüsusi qorunan şəxsi məlumatlar hesab olunur. Buna görə də belə sistemlərin quraşdırılması sadəcə təhlükəsizlik məqsədi ilə əsaslandırıla bilməz. Məlumatların hansı məqsədlə toplandığı, necə saxlanıldığı və kimlərin həmin məlumatlara çıxış əldə etdiyi əvvəlcədən açıqlanmalıdır. Bir çox hüquq sistemlərində üz tanıma texnologiyasının tətbiqi üçün qanuni əsas və ya şəxsin açıq razılığı tələb olunur. Xüsusilə iş yerində işçinin və ya məktəbdə şagirdin alternativ seçim imkanları yoxdursa, verilən razılığın həqiqətən könüllü olub-olmaması da mübahisə mövzusuna çevrilə bilər. Buna görə üz tanıma sistemlərinin tətbiqi adi videomüşahidədən daha ciddi hüquqi tələblərə tabedir”,- deyə o, həmçinin qeyd edib.