Sosial şəbəkədə biz:
“Təmiz Dünya”da 4-cü mərtəbədən düşən yeniyetmə qız ölüb
Xəbər Şəkli

“Təmiz Dünya”da 4-cü mərtəbədən düşən yeniyetmə qız ölüb

20 November 2025, 16:16
Cəmiyyət

Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.
Hadisə noyabrın 19-da baş verib.
Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.
Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır. APA