Xəbər verdiyimiz kimi tanınmış aparıcı İlham Mirzəyevin səhhətində problem yaranıb və o vəziyyətinin yaxşı olmadığını qeyd edib.
Aparıcının müalicə aldığı Mərkəzi Klinikadan Pravda.az-a verilən açıqlamaya görə, İ.Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub: “Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda Xəstənin vəziyyəti agir stabil olaraq, kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”.