"Soyqırım və deportasiya qurbanlarına dəstək" layihəsinin icrası uğurla davam edir
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi "Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin növbəti mərhələsinin icrasını davam etdirir. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.
Layihə fəaliyyəti çərçivəsində İmişli şəhərində,İmişli Rayon İcra Hakimiyyətinin konfrans zalında və İmişli rayonun Hacalmuradlı kənd Klubunda yerli icmaların iştirakı ilə seminar keçrirlmişdir.Seminarı giriş sözü ilə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti İlqar Hüseynli açmışdır.O layihənin məqsəd və vəzifələri və hədəfləri barədə iştirakçıları məlumatlandırmışdır.Deportasiya və soyqırımın Azərbaycan və türk dilli xalqların həyatında buraxdığı dəhşətli izlər barədə məlumat vermişdir.İlqar Hüseynli eyni zamanda təşkilatı dəstəyə görə İmişli rayon İcra Hakimiyyətinin əməkdaşlarına və İmişli rayonun Hacalmuradlı kənd Klubunun rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.Seminarlarda İmişli RİH-nin əməkdaşı Məhəmmədəli Sarıyev və İmişli rayonun Hacalmuradlı kənd Klubunun müdiri Rövşən İbişli qonaq qismində iştirak etmişdir.
Daha sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyibib hüquq departamentinin əməkdaşı,Ankara və Tallin Universitetinin məzulu,İtalya Respublikası Boloniya Unuversitetinin magistrı Əlibəy Hüseynli Azərbaycanlıların Ermənistandan deportasiya tarixinin bütün mərhələləri barədə geniş təqdimat etmişdir.Qərbi Azərbaycana qayıdış Konsepsiyasının müddəaları və bu istiqamətdə tarixi zərurətlər barədə məlumatlar vermişdir.
O,bildirmişdir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında Qərbi Azərbaycan İcması yaradılmış,və onun təklifləri əsaında beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi hazırlanmışdır.Təqdimat zamanı həm də “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi və onun beynəlxalq hüquq prinsipləri barədə seminar iştirakçılarına məruzə təqdim etmişdir.Bildirmişdir ki,Azərbaycan tərəfinin hazırladığı sənəd soyqırıma məruz qalan digər türkdilli xalqlar üçün nümunəvi sənəd kimi istifadə edilə bilər.
Layihə üzrə növbəti fəaliyyət növbəti icmalarda davam etdiriləcək.
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Mətbuat xidməti








