Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının SAYI
Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan kişi, eləcə də 481 nəfər Azərbaycan vətəndaşı olan qadındır. Sezar pizza
Qeyd edək ki, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Pakistan vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında nikahlar rəsmiləşdirilib.